×
A
A
A
Sazlamalar

Rusiyada daha 601 nəfərdə koronavirus aşkar edilib

Moskva, 3 aprel, AZƏRTAC

Rusiyada ötən gün ərzində daha 601 nəfərdə koronavirus aşkar edilib.
AZƏRTAC xəbər verir ki, ölkədə 78 regionda 601 nəfər koronavirus infeksiyasına yoluxub. Hazırda Rusiyada 4149 nəfər COVID-19-un yaratdığı xəstəlikdən əziyyət çəkir. Ötən gün 46 xəstə sağalaraq evə buraxılıb. İndiyədək Rusiyada 281 nəfər sağalıb, 34 nəfər ölüb, 210 min 206 nəfər həkim nəzarəti altındadır.
Moskvada yeni yoluxanların sayı 448 nəfərdir. Xəstələrin təxminən yarısı yaşı 45-dən aşağı olanlardır. 


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Dünya 2020-04-03 12:48:00