×
A
A
A
Sazlamalar

Gürcüstanda gündəlik istehlak malları bahalaşıb

Tbilisi, 3 aprel, AZƏRTAC

Mart ayında Gürcüstanda istehlak mallarının qiymətində artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. İdarənin hesabatında bildirilir ki, martda istehlak mallarının qiymətləri indeksi aylıq müqayisədə 0,7 faiz artıb. Ay ərzində ölkədə çörəyin qiyməti 1,7 faiz artıb. Digər ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2 faiz, tərəvəzlərin qiyməti 9,6 faiz, meyvə və üzümün qiyməti 8,9 faiz, mineral sular, alkoqolsuz içkilər, meyvə şirələri 2,3 faiz, qənd, şəkər tozu, cem, şokolad və qənnadı məmulatları 3,7 faiz bahalaşıb.
Bununla belə ölkədə süd, pendir və yumurtanın qiyməti 0,3 faiz, balıq və balıq məhsullarının qiyməti isə 1,2 faiz ucuzlaşıb.
Hesabat dövründə illik inflyasiya 1,6 faiz təşkil edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-03 12:44:00