×
A
A
A
Sazlamalar

Texas və Florida ştatları koronavirusun yayıldığı növbəti "qaynar nöqtələr" ola bilər

Vaşinqton, 3 aprel, AZƏRTAC
COVID-19 pandemiyası ABŞ-da sürətlə yayılır.
AZƏRTAC xəbər verir ki, Cons Hopkins Universiteti tərəfindən dərc edilmiş məlumatlara əsasən, təkcə bu həftə ərzində Birləşmiş Ştatlarda daha 100.000 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Amerikanın bir çox ştatlarında və dünyanın başqa ölkələrində yeni koronavirusun yayılmasına qarşı sosial məsafə qaydalarına riayət edilməsi, yerdəyişmələrin və səfərlərin məhdudlaşdırılması, məktəblərin bağlanması, əhəmiyyətsiz müəssisələrin ləğv edilməsi və bəzi hallarda məcburi əmrlər tətbiq edilməklə evdə qalmaq kimi tədbirlərin tətbiqi yolu ilə mübarizə aparmağa çalışırlar.
Ancaq bəzi ştatlardakı böyük şəhərlər daha radikal tədbirlərin tətbiqi məsələsində geri qalırlar. Gözlənildiyinə görə, Vaşinqton, Kaliforniya və Nyu-Yorkdan sonra koronavirusa yayıldığı növbəti "qaynar nöqtələr" Florida və Texas ştatları olacaq.
Florida ştatının qubernatoru Ron DeSantis sosial məsafə qaydalarına riayət edilməsi üzrə tədbirlərin yetərincə aqressiv təbliğ edilmədiyinə görə tənqidə məruz qalıb. Onu tənqid edənlər bildirirlər ki, mart ayında tələbə tətilləri zamanı minlərlə insanın yığışmasına baxmayaraq DeSantis ştatın çimərliklərini və müəssisələri bağlamayıb, bununla da virusun yayılmasına imkan yaranıb. Aprelin 1-də vəziyyəti prezidentlə müzakirə edəndən sonra qubernator öz mövqeyini dəyişdirib və sakinlərin məcburi olaraq evdə qalması haqqında sərəncam verib.
Ekspertlər iddia edirlər ki, ştatların belə fərqli siyasəti koronavirusun yayıldığı yeni "qaynar nöqtələr" yaranmasına və yerli xəstəxanaların pasiyentlərlə dolmasına gətirib çıxara bilər.
Cümə axşamı üçün olan məlumata görə, ABŞ-da 245 min koronavirusa yoluxma, 6070 nəfərin ölməsi faktları qeydə alınıb.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-04-03 12:12:00