×
A
A
A
Sazlamalar

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 148-ə çatdı

Tbilisi, 3 aprel, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.
Son 12 saat ərzində, ölkədə COVID-19 virusuna yoluxanların sayı daha 14 nəfər artaraq 148 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytı məlumat yayıb.
Məlumatda, həmçinin bildirilir ki, hazırda ölkədə 5550 nəfər karantində, 281 nəfər isə stasionar nəzarətdədir.
Bu günədək Gürcüstanda 27 nəfər koronavirusdan müalicə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-03 12:10:00