×
A
A
A
Sazlamalar

Türkiyədə 4.7 bal gücündə zəlzələ baş verib

Ankara, 3 aprel, AZƏRTAC

Türkiyənin Van vilayətinin Tuşba rayonunda Rixter cədvəli üzrə 4.7 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkan aprelin 3-də yerli vaxtla saat 08.44-də qeydə alınıb.
Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-04-03 11:24:00