×
A
A
A
Sazlamalar

Paytaxtda itkin düşən dörd nəfər tapılıb

Bakı, 3 aprel, AZƏRTAC 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 20 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 2-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 1-i quldurluq, 8-i narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə 3 nəfər saxlanılıb.
İtkin düşmüş kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hadisə 2020-04-03 11:14:00