×
A
A
A
Sazlamalar

Son 12 saat ərzində Özbəkistanda koronavirusa yoluxanların sayı 15 nəfər artıb

Daşkənd, 3 aprel, АZƏRTAC
Son 12 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 15 nəfər artaraq 205-ə çatıb.
AZƏRTAC Özbəkistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək koronavirusdan 25 xəstə tam sağalıb və reabilitasiya mərkəzinə göndərilib, 10 xəstənin vəziyyəti yaxşılaşır, 2 adam ölüb.
Xatırladırıq ki, Özbəkistanda aprelin 1-dən COVID-19 koronavirus təhlükəsi ilə bağlı Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə yaşı 65-dən yuxarı olan insanlar özünütəcrid rejiminə keçib. Onlar yalnız yaşadıqları məhəllədən zəruri ərzaq və dərman vasitələri almaq üçün küçəyə çıxa bilərlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-04-03 09:00:00