Qırğızıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb
Bakı, 3 aprel, AZƏRTAC
Qırğızıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Bu barədə Qırğız Respublikasının virusun yayılmasının qarşısının alınması qərargahı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda 61 yaşlı pasiyentin öldüyü bildirilir. Qeyd edilir ki, xəstə xaricdən gəlib və stasionar nəzarətdə olub. Onda COVID-19 infeksiyası ilə yanaşı, digər ciddi xəstəliklər də olub. Qərargahın son məlumatına görə, ötən gün ölkədə koronavirusa 9 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 125 nəfərdir. Onlardan 4-nün vəziyyəti ağırdır.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır