×
A
A
A
Sazlamalar

Dünyada koronavirusa yoluxanların sayı bir milyonu ötüb

Vyana, 3 aprel, AZƏRTAC

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı bir milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, bu məlumat Con Hopkins Universiteti və AFP agentliyinin rəsmi mənbələr əsasında yaydığı statistik məlumatlarda əks olunub. Dünyanın 190 ölkəsini əhatə edən pandemiya ilə əlaqədar həyatını itirənlərin sayı da 50 min nəfərdən artıqdır. Ölüm hallarının dörddə üçü Avropa ölkələrində qeydə alınıb.
COVID-19 koronavirusunun sürətlə yayıldığı İspaniya, İtaliya və Fransa ən çox ölüm halları olan ölkələrdir. Ekspertlərin rəyinə görə, dünyanın bir çox ölkələrində yalnız xəstəliyin aşkar əlamətlərini büruzə verən şəxslərdə test aparılır və virusa yoluxanların sayı rəsmi statistikadan dəfələrlə çoxdur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Dünya 2020-04-03 08:56:00