×
A
A
A
Sazlamalar

İspaniyanın böyük futbol klubları bu yarımmüdafiəçini transfer etmək istəyir

Bakı, 3 aprel, AZƏRTAC
İspaniyanin “Real Madrid” və “Barselona” futbol klubları Braziliyanın “San-Paulu” komandasının yarımmüdafiəçisi İqor Qomesi transfer etmək niyyətindədirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hər iki klub 21 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Qeyd edək ki, İ.Qomesin müqaviləsindəki təzminat qiyməti 50 milyon avrodur.

İdman 2020-04-03 02:15:00