×
A
A
A
Sazlamalar

İtaliyada peşəkar velosipedçi könüllü kuryerlik edir

Roma, 3 aprel, AZƏRTAC

İtaliyanın “Astana” klubunun üzvü, məşhur velosipedçi David Martinelli koronavirusla bağlı evdə oturmağa məcbur olan yaşlılara kömək məqsədilə kuryerlik etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, peşəkar idmançı velosipedlə yaşlılara təmənnasız olaraq yemək, ərzaq və dərman çatdırır. O, bu barədə şəxsi “Instagram” səhifəsində yazıb. Qeyd edib ki, bu işi könüllü olaraq yerinə yetirir.
Martinelli İtaliyanın şimalındakı 1500 nəfər əhalisi olan doğma Lodetto qəsəbəsindəki yaşlılara kömək edir. Sözügedən qəsəbədə aptek və ərzaq mağazaları yoxdur. İdmançı vurğulayıb ki, onun bütün uğurlarında bu qəsəbə sakinlərinin rolu böyükdür və bu yolla o, borcundan çıxır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2020-04-03 01:33:00