×
A
A
A
Sazlamalar

COVID-19: Saheldə Fransa hərbi missiyasının 4 üzvü koronavirusa yoluxub

Paris, 2 aprel, AZƏRTAC

COVID-19 epidemiyası Afrikanın Sahel bölgəsindəki hərbi hissədə də aşkarlanıb. “Barxane əməliyyatı” çərçivəsində Sahel bölgəsində yerləşdirilmiş Fransa hərbi missiyasının 4 hərbçisi COVID-19 virusuna yoluxub.
AZƏRTAC xəbər verir ki, hərbi qərargahdan verilən məlumata əsasən, hərbçilərdən biri yerindəcə müalicə olunur, digər 3-ü isə Fransaya göndərilib.
Qeyd edək ki, terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Saheldə “Barxane əməliyyatı”na 5 mindən çox əsgər cəlb olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-04-03 01:52:00