İtaliyada koronavirusla bağlı son statistika açıqlanıb
Roma, 2 aprel, AZƏRTAC
Aprelin 2-si axşam saat 8-ə olan məlumata görə, İtaliyada koronavirusa yoluxanların sayı 115 min 242 nəfərdir.
AZƏRTAC xəbər verir ki, son 24 saatda 760 nəfər vəfat edib. Yeni yoluxanların sayında isə azalma müşahidə olunur. Belə ki, onların sayı son 24 saatda 460 nəfər az, yəni 2477 nəfərdir.
Xəstəxanalara 137 adam yerləşdirilib. Ümumilikdə 4053 nəfər intensiv terapiya şöbələrində, 50 min 456 nəfər isə evlərində müalicə olunur.
Ölənlərin sayı ümumilikdə 13 min 915 nəfərdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib
ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb