×
A
A
A
Sazlamalar

Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçilib

Bakı, 2 aprel, AZƏRTAC

İspaniyanın “Marca” nəşri öz oxucuları arasında onların kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdikləri ilə bağlı sorğu keçirib.
AZƏRTAC xəbər verir ki, sorğunun finalında İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messini qabaqlayıb. Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb.
Portuqaliyalı hücumçu finala gedən yolda Paolo Maldinini, Zinəddin Zidanı qabaqlayıb. Messi isə Ferenç Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan güclü olub.

İdman 2020-04-02 20:18:00