×
A
A
A
Sazlamalar

Özbəkistanda COVID-19 koronavirusundan 25 nəfər sağalıb

Daşkənd, 2 aprel, АZƏRTAC
Özbəkistanda COVID-19 koronavirusundan 25 nəfər sağalıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda ölkə üzrə bu virusa yoluxanların sayı 190, ölənlərin sayı 2 nəfərdir. Burada koronavirus birinci dəfə martın15-də Fransadan gələn Özbəkistan vətəndaşında aşkarlanıb və 18 günə virusa yoluxanların sayı 190 nəfərə çatıb. Onların 22-nə pnevmoniya diaqnozu qoyulub.
Xatırladırıq ki, Özbəkistanda 90 min insan xəstəxana və ev şəraitində karantindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-04-02 18:38:00