×
A
A
A
Sazlamalar

Qələbənin 75 illiyinin bayram edilməsinə dair yekun qərar qəbul olunmayıb

Bakı, 2 aprel, AZƏRTAC

Qələbənin 75 illiyi ilə bağlı bayram tədbirlərinin keçirilməsinə dair yekun qərar qəbul olunmayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml bütün vəziyyəti diqqətlə götür-qoy edir. "Təbii ki, ən müxtəlif variantlar müzakirə olunur, amma heç bir qərar qəbul olunmayıb", - Peskov jurnalistlərin Qələbə paradının alternativ ssenarilərinin müzakirəsi barədə sualını cavablandırarkən belə deyib. O qeyd edib ki, vəziyyət öz şərtlərini diktə edir. 9 Mayla bağlı qərar qəbul etmək üçün bu şərtlər diqqətlə öyrənilir, təhlil olunur. Hələlik tədbirlərin planlaşdırıldığı şəkildə keçirilməsi barədə hər hansı qərara gəlinməyib.
Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi şərəfinə parad bu il mayın 9-da Moskvada keçirilməlidir. Bayram tədbirlərində iştirak etmək üçün bir çox dövlət və hökumət başçılarına dəvətnamələr göndərilib.
Rusiya Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, parada hazırlıqlar plan üzrə davam edir. Aprelin 1-də növbəti məşq keçirilib.

Dünya 2020-04-02 16:03:00