×
A
A
A
Sazlamalar

Bakı-Sumqayıt-Abşeron halqası üzrə sərnişin axını 70-80 faiz azalıb

Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 1-nə Bakı-Sumqayıt-Abşeron halqası üzrə daşınan gündəlik sərnişin sayı açıqlanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən, Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2320 nəfər olub. Xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14 min 550 nəfər təşkil edib.
Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan sərnişin sayı 9315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23 min 350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9304 nəfərdir. Əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22900 nəfər olub. Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail olunmayıb.
“Sərnişinlərdən ricamız, Operativ Qərargahın yeni tələblərinə əməl edərək evlərindən rəsmi icazələri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar”, - deyə DANX-ın məlumatında qeyd edilib.

 

Nəqliyyat 2020-04-02 15:23:00