×
A
A
A
Sazlamalar

Çin strateji ehtiyatlarını artırmaq üçün neft almağa başlayacaq

Bakı, 2 aprel, AZƏRTAC

Çin neftin qiymətinin aşağı düşməsindən sonra strateji ehtiyatlarını artırmaq üçün neft almağa başlayacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən böyük neft idxalçısı olan Çin neftin qiymətinin cari ildə 60 faiz ucuzlaşmasından faydalanır.
Mənbələrə görə, hökumət qurumlara neft anbarlarını tez bir zamanda doldurmağı tapşırıb. Çin strateji ehtiyatlardan əlavə ticarət sahələrini də anbar kimi istifadə edə bilər. Bundan başqa, hökumət şirkətləri öz anbarlarını doldurmağa təşviq edir.
Hökumətin məqsədi strateji ehtiyatların 90 günlük xalis idxal səviyyəsində, daha sonra isə kommersiya ehtiyatları da daxil olmaqla 180 gün səviyyəsində saxlanılmasıdır.
“Bloomberg”ə görə, Çinin xalis xam neft idxalı 900 milyon barrel səviyyəsindədir. Lakin ölkənin hazırkı neft ehtiyatının həcmi məlum deyil.
Analitiklər hesab edirlər ki, Çin il ərzində əlavə 80-100 milyon barrel neft ala bilər.

Dünya 2020-04-02 15:16:00