×
A
A
A
Sazlamalar

Xəzər Universitetinin yeni fəaliyyət planı hazırlanıb

Bakı, 2 aprel, AZƏRTAC

Xəzər Universitetinin idarə heyətinin görüşü keçirilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə hazırkı durum qiymətləndirilib, təlim-tədris prosesinin məsafədən keyfiyyətli təşkili (semestrin müddəti, testlər və imtahanların keçirilməsi üsulları, onların vaxtlarının müəyyən edilməsi, dərslərin monitorinqi və statistik məlumatların toplanması və s.) haqqında universitetin yeni fəaliyyət planının hazırlanması məqsədi qarşıya qoyulub.

Elm və təhsil 2020-04-02 14:41:00