Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Amerikanın "Sprint" və "T-Mobile" mobil rabitə operatorları birləşiblər

Vaşinqton, 2 aprel, AZƏRTAC

Amerikanın "T-Mobile" mobil rabitə operatoru digər mobil rabitə operatorunun – "Sprint" şirkətinin səhmlərinin nəzarət paketinin alınmasını başa çatdıraraq, AT&T və Verizon mobil rabitə operatorlarının əsas rəqiblərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, hər iki şirkətin nümayəndələri bu şirkətləri birləşdirmək niyyətində olduqlarını hələ iki il əvvəl elan etmişdilər. Bu əqdin dəyəri 31,6 milyard dollardır. Sazişin imzalanması prosesinin bu qədər uzanması dövlət və federal tənzimçilər tərəfindən bu məsələyə müqavimət göstərilməsi ilə bağlıdır: onlar iddia edirlər ki, bu əqd mobil rabitə istifadəçiləri üçün əlverişsiz şərait yaradacaq, çünki şirkətin öz xidmətləri üçün qiymətləri artıracağı ehtimal edilir.
Rabitənin nizamlanması məsələləri üzrə Federal Komissiya və ABŞ Ədliyyə Nazirliyi bu əqdi keçən il bəyənib. Ədliyyə Nazirliyi bu əqdi təsdiqləmək üçün şirkətlərdən yeni mobil rabitə operatoru kimi Dish peyk televiziyasının şirkətini yaratmalarını tələb etmişdi. İctimaiyyətin maraqlarının müdafiəsi üzrə qruplar bildiriblər ki, həmin tədbir bu iki şirkətin birləşməsindən ictimaiyyətə dəyəcək ziyanın aradan qaldırması üçün kifayət deyil.
"T-Mobile" şirkətinin rəhbərliyi bildirib ki, "Sprint" şirkətinin təqdim etdiyi xidmətlər spektrinin genişləndirilməsi, telefon zənglərini və məlumatların siqnallarını ötürən yeni radio dalğalarının əlavə edilməsi onun şəbəkəsini genişləndirəcək və onu istehlakçılar üçün daha aşağı qiymətlər üzrə əlçatan edəcək. Şirkət üç il ərzində qiymətləri artırmayacağı barədə tənzimçilərə söz verib.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-04-02 14:14:00