×
A
A
A
Sazlamalar

Cəlilabadda qaynının evindən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Bakı, 2 aprel, AZƏRTAC 

Cəlilabad rayonunun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən ötən il dekabrın 4-də 1,200,000 rubl (31,800 manat), 19,500 ABŞ dolları və 15,000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.
Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə 2020-04-02 14:01:00