×
A
A
A
Sazlamalar

Yaponiyada yeni koronavirusa yoluxanların sayı 3236 nəfərə çatıb

Tokio, 2 aprel, AZƏRTAC

Aprelin 2-də yerli vaxtla saat 11-ə olan son məlumatlara görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 3236 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyaların yaydığı məlumatda bildirilir. Yoluxanlar arasında ölənlərin sayı 82 nəfər təşkil edib.
Əlavə olaraq qeyd edilir ki, son sutka ərzində paytaxt Tokioda virusa yoluxanların sayı 97 nəfər artıb. Bu, koronavirusun yayılmağa başladığı gündən paytaxtda qeydə alınan ən yüksək göstəricidir.
Bunadək sutka ərzində ən çox artım martın 31-də qeydə alınmışdı – 78 nəfər. Tokioda virusa yoluxanların ümumi sayı isə 684 nəfərə bərabərdir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-04-02 14:00:00