×
A
A
A
Sazlamalar

Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiya tədbirləri davam etdirilir

Bakı, 2 aprel, AZƏRTAC

Nəsimi rayonu ərazisində koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir olaraq başlanılmış dezinfeksiya işləri davam etdirilir, rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Cəmiyyət 2020-04-02 13:50:00