×
A
A
A
Sazlamalar

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

Tbilisi, 2 aprel, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.
Son 24 saat ərzində 92 nəfər COVID-19 virusuna yoluxub. Bununla da bu ölkədə koronavirusa yoluxanların sayı 663 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə koronavirusa yoluxma hallarının artacağı gözlənilir.
Ermənistanda bu günədək koronavirusdan 4 nəfər ölüb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-02 13:41:00