×
A
A
A
Sazlamalar

Xüsusi karantin rejimi qaydalarının təmin olunmasına uyğun tədbirlər davam etdirilir

Bakı, 2 aprel, AZƏRTAC 

Elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmət aparırlar.
AZƏRTAC-ın çəkiliş qrupu insanların sıx toplaşdıqları metronun “28 May” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müşahidələr aparıb. Polis əməkdaşları və hərbi qulluqçular vətəndaşlarla profilaktik söhbətlər aparıb, Operativ Qərargahın tələb və tövsiyələrini onların diqqətinə çatdırıblar.

Sosial 2020-04-02 13:36:00