×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü hərracda tələb tam təmin olunub

Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 74,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-04-02 13:23:00