×
A
A
A
Sazlamalar

Azərbaycan fevralda Gürcüstanın ticarət tərəfdaşları sırasında ikinci olub

Tbilisi, 2 aprel, AZƏRTAC

Cari ilin fevral ayında Gürcüstanın xarici ticarətində mənfi saldo 14,8 faiz artaraq 440,1 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilir. Bildirilir ki, hesabat dövründə Gürcüstanın xarici ticarətində ixracın həcmi 0,5 faiz azalaraq 263,6 milyon dollar, idxalın həcmi isə 8,6 faiz artaraq 703,7 milyon dollar təşkil edib.
Ay ərzində Gürcüstan ən çox Türkiyə, Azərbaycan və Ukraynadan məhsul idxal edib.
Avropa ölkələri sırasında isə Almaniya və Fransa liderlik edib. ABŞ və Türkmənistandan da məhsul idxalı artıb.
Gürcüstanın bu 7 ölkədən idxal etdiyi məhsulların həcmi ümumi idxalın 60 faizinə bərabər olub.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-02 12:41:00