Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ukraynada koronavirusa yoluxanların sayı 804 nəfərə çatıb, 20 nəfər həyatını itirib

Kiyev, 2 aprel, AZƏRTAC

Ukraynada koronavirusa yoluxanların sayı 804 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutka ərzində 135 nəfər koronavirusa yoluxub. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 20 nəfərə çatıb, 13 nəfərin isə müalicəsi uğurla başa çatdırılıb.
Qeyd edək ki, aprelin 24-dək ölkədə bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-04-02 12:40:00