Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 130 nəfərə çatıb

Tbilisi, 2 aprel, AZƏRTAC

Gürcüstanda daha 13 nəfər COVID-19 virusuna yoluxub. Bununla da, bu ölkədə koronavirusa yoluxanların sayı 130 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı ctopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, hazırda 5437 nəfər karantində saxlanılır, 260 nəfər isə stasionarda müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-02 12:22:00