×
A
A
A
Sazlamalar

Azərbaycan neftinin qiyməti 19 il əvvəlki antirekordunu yeniləyib

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,90 dollar ucuzlaşaraq 16,53 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Neft - qaz 2020-04-02 11:41:00