×
A
A
A
Sazlamalar

ABŞ-ın Aydaho ştatında güclü zəlzələ baş verib

Vaşinqton, 2 aprel, AZƏRTAC
Aydaho ştatının Boyse şəhərindən şimalda güclü zəlzələ baş verib.
AZƏRTAC ABŞ-ın Geoloji Xidmətinə istinadla xəbər verir ki, Rixter cədvəli üzrə 6,5 bal gücündə olan zəlzələ aprelin 5-də axşam saat 6 radələrində qeydə alınıb. Hakimiyyət orqanları qurbanlar, tələfat və xəsarətlər barədə heç bir məlumat alınmadığını bəyan ediblər.
Geoloji Xidmətin məlumatına görə, regionda Aydahodakı zəlzələni hiss edə biləcək 2 milyondan çox insan yaşayır. Yaxınlıqdakı Montana və Yuta ştatlarının sakinləri də yeraltı təkanları hiss ediblər.
Kaliforniya Texnoloji İnstitutunun və doktor Lüsi Cons adına Elm və Seysmologiya Mərkəzinin məlumatına görə, Aydaho ştatında bu cür güclü zəlzələlər, orta hesabla, hər 30 və ya 40 ildə bir dəfə baş verir. Onlardan sonuncusu - 1983-cü ildə Bora zirvəsində qeydə alınmış 7 bal gücündə zəlzələ nəticəsində Çallisdə iki uşaq ölmüşdü.
Alimlər bildiriblər ki, qarşıdakı həftə ərzində zəif təkanların təkrarlanması gözlənilir.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-04-02 12:11:00