×
A
A
A
Sazlamalar

Gürcüstanın beynəlxalq əhəmiyyətli avtomagistralı bağlanıb

Tbilisi, 2 aprel, AZƏRTAC

Gürcüstanın beynəlxalq əhəmiyyətli hərbi yol kimi tanınan Mtsxeta-Stepantsminda-Lars avtomagistralı bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyaya gedən yeganə avtomobil yolunun bağlanmasına magistralın Qudauri-Kobi hissəsində qar uçqunu, çovğun və yolun buz bağlaması səbəb olub. Yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.
Bildirilir ki, son günlər ölkə ərazisində yağan yağış və qar ciddi problem yaradıb.
Qeyd edək ki, koronavirusla əlaqədar Gürcüstan ilə Rusiya arasında sərhədlər bağlandıqdan sonra bu magistral vasitəsilə yalnız yükdaşımalar həyata keçirilirdi.
Yolun yaxın günlərdə açılacağı gözlənilir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-02 12:07:00