Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çexiyada COVID-19 barədə feyk xəbərlərin sayı artıb

Praqa, 2 aprel, AZƏRTAC
Çexiyanın Milli KİV-lər Assosiasiyasında COVID-19 barədə feyk xəbərlərin artması ciddi narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, ekspertlər bunu özünütəcrid rejimində evdə oturan insanların asudə vaxtının həddən çox olması və onların bu vaxtı nəyəsə sərf etmək istəkləri ilə bağlayırlar. Beləcə sosial şəbəkələrdə və hətta KİV-lərdə koronavirus barədə uydurma xəbərlər və ya həqiqətə uyğun olmayan məlumatlar əmələ gəlir.
Çexiyada feyk xəbərlərin yayılmasına görə məsuliyyət nəzərdə tutan ayrıca qanun mövcud deyil. Məsələ saxta xəbərin internetdə yalnız ifşa olunması ilə məhdudlaşdırılır. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, böhran və ya fövqəladə vəziyyət rejimi zamanı yoxlanılmamış xarakterli müəyyən xəbərlər sosial gərginliyə və hətta insan ölümünə gətirib çıxara bilər.
Buna görə də nüfuzlu KİV-lərdə vətəndaşlara internetdə oxuduqları hər şeyə ehtiyatla yanaşmaları barədə tez-tez çağırışlar səslənir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Dünya 2020-04-02 11:54:00