×
A
A
A
Sazlamalar

ABŞ-ın neft ehtiyatları kəskin artıb

Bakı, 2 aprel, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 13,8 milyon barrel (3 faiz) artaraq 469,2 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 4 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,9 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 635 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 7,5 milyon barrel (3,1 faiz) artaraq 246,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,95 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6,2 milyon barrel azalmışdı.

Dünya 2020-04-02 11:30:00