×
A
A
A
Sazlamalar

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 190-a çatıb

Daşkənd, 2 aprel, AZƏRTAC
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 190-a çatıb, dünən bu rəqəm 172 idi.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək koronavirusdan 12 xəstə sağalıb, 2 nəfər ölüb. Virusa yoluxanların 22-nə pnevmoniya diaqnozu qoyulub, 10 xəstənin vəziyyəti yaxşılaşır.
Nazirlikdən bildiriblər ki, artıq ölkədə koronavirusla bağlı 22,1 min test həyata keçirilib, əhalini kütləvi olaraq test etmək məqsədəuyğun deyil.
Xatırladırıq ki, ölkədə xəstəxana və ev şəraitində karantində 90 min nəfər var.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-04-02 11:15:00