×
A
A
A
Sazlamalar

İstehsalat təcrübəsi karantin rejimi ilə əlaqədar dayandırılıb

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) IV kurs tələbələrinin bu il fevralın 24-dən mayın 1-dək keçirilməsi nəzərdə tutulan istehsalat təcrübəsi ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar müvəqqəti dayandırılıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin II kurs magistrantlarının martın 18-dən başlayan elmi-pedaqoji təcrübəsi isə hər tələbə ilə fərdi şəkildə onlayn keçirilir.

Elm və təhsil 2020-04-02 10:42:00