×
A
A
A
Sazlamalar

Latviyada koronavirusa yoluxanların sayı 446 nəfər olub

Riqa, 2 aprel, AZƏRTAC

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 48 nəfər artaraq 446-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 15 min 810 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1003 nəfərdən götürülən analizin 48-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2020-04-02 08:46:00