×
A
A
A
Sazlamalar

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

Tallinn, 2 aprel, AZƏRTAC

Estoniyada son sutkada koronavirusa (COVID-19) yoluxanların sayı 45 nəfər artaraq 779-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 353 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1952 nəfərdən götürülən analizinin 45-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 5 ölüm hadisəsi qeydə alınıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2020-04-02 08:19:00