×
A
A
A
Sazlamalar

Özbəkistanda koronavirusdan 12 nəfər sağalıb

Daşkənd, 1 aprel, AZƏRTAC
Özbəkistanda COVID-19 koronavirusundan 12 nəfər sağalıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda ölkə üzrə bu virusa yoluxanların sayı 173 nəfərdir, iki nəfər dünyasını dəyişib.
Özbəkistanda 90 min insan xəstəxana və ev şəraitində karantindədir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-04-01 19:03:00