×
A
A
A
Sazlamalar

Türkiyə İtaliya və İspaniyaya tibbi yardım göndərib

Ankara, 1 aprel, AZƏRTAC

Türkiyə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış böhran vəziyyətinə kömək məqsədilə İtaliya və İspaniyaya tibbi yardım göndərib.
AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, yardım məhsullarını aparan hərbi təyyarə Ankara Etimesgut Hava Limanından yola düşüb. Tibbi yardım malları Türkiyə Silahlı Qüvvələri tərəfindən tədarük olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-04-01 18:31:00