×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusun yayılmasının pik həddinin müddəti açıqlanıb

Kiyev, 1 aprel, AZƏRTAC

Aprelin 15-25-də Ukraynada koronavirusun yayılmasının pik həddi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko məlumat verib.
O bildirib ki, Ukrayna əhalisi karantin rejimində təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
Ukrayna DİN ölkədə normal həyat şəraitinin mayın 15-dən sonra mümkünlüyü barədə də açıqlama verib.
Qeyd edək ki, Ukraynada 669 nəfər koronavirusa tutulub. Bunlardan 17 nəfər ölüb, 10 nəfər isə müalicə olunaraq evə buraxılıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-04-01 18:24:00