×
A
A
A
Sazlamalar

Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirib

Kiyev, 1 aprel, AZƏRTAC

Ukraynanın Odessa vilayətində 120 kilometr məsafəlik “Olxa-M” raketi uğurla sınaqdan keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının saytında məlumat yerləşdirilib.
Bu raket Ukraynanın müdafiə sənayesi kompleksinin müəssisələri tərəfindən hazırlanıb. Raketin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları üçün güclü silah olacağı gözlənilir. Yaxın vaxtlarda silah Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-04-01 17:52:00