×
A
A
A
Sazlamalar

Ukraynalıların üçdəbiri karantin başlanandan bəri iş fəaliyyətlərini dayandırıb

Kiyev, 1 aprel, AZƏRTAC

Ukraynada yeni növ koronavirusun yayılmasının qarşısının alınmasından ötrü karantin tətbiq ediləndən bəri vətəndaşların 32 faizi öz arzusu ilə məzuniyyətdədir, 4 faizi isə iş yerlərini itirib.
AZƏRTAC xəbər verir ki, bunu "Reytinq" Ukrayna sosioloji qrupunun apardığı sorğunun nəticələri sübut edir.
Məlumatda bildirilir ki, Ukraynada karantin tətbiq edildiyi andan işçilərin 35 faizi adi rejimdə çalışmalarını davam etdirir, 29 faizi isə distant çalışmaya keçiblər.
Qeyd edək ki, sorğunun nəticələrinə görə karantin tətbiq edilməzdən əvvəl yaşlı ukraynalıların 65 faizi əmək fəaliyyəti ilə məşğul idi.
Rüstəm Məmmədov
Kiyev

Dünya 2020-04-01 17:38:00