×
A
A
A
Sazlamalar

Çində 5,6 bal gücündə zəlzələ olub

Pekin, 1 aprel, AZƏRTAC

Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,6 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qanci Tibet muxtar prefekturasının Şiçu rayonunda yerli vaxtla saat 20:23-də (Bakı vaxtı ilə 16:23) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-04-01 17:23:00