Moldova portalında Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən məqalə dərc olunub
Kişineu, 1 aprel, AZƏRTAC
Moldovanın tribuna.md portalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın soyqırımı günü ilə bağlı fikirləri yer alıb.
Qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Məqalədə, həmçinin soyqırımı ilə bağlı tarixi faktlar, rəqəmlər yer alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Mavritaniya mətbuatı: Erməni millətçiləri son iki əsrdə azərbaycanlılara qarşı soyqırımı törədiblər
Azərbaycanlıların soyqırımının ildönümü ilə əlaqədar Bolqarıstanda xeyriyyə aksiyası keçirilib
Mərakeş mətbuatı Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqalələr yayıb
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən yazır
Moldova portalında Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən məqalə dərc olunub