×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 1,6 milyard dollar qazanıb

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin əvvəlindən aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 1 milyard 671 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Neft - qaz 2020-04-01 17:09:00