×
A
A
A
Sazlamalar

Hüquqi şəxslər Bakı əhalisinə 620,6 milyon manatlıq xidmət göstərib

Bakı, 1 aprel, AZƏRTAC

Yanvar-fevral aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artaraq 885,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda hüquqi şəxslər tərəfindən əhaliyə 620,6 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 70,1 faizini təşkil edib.

İqtisadiyyat 2020-04-01 15:14:00