×
A
A
A
Sazlamalar

Paytaxtın ticarət dövriyyəsi 3,2 milyard manat olub

Bakı, 1 aprel, AZƏRTAC

Yanvar-fevral aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1 milyard 714,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 34 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İqtisadiyyat 2020-04-01 13:21:00