×
A
A
A
Sazlamalar

Formula 1 üzrə Hindistan Qran-Prisinin keçirildiyi avtodrom karantin mərkəzi kimi istifadə olunur

Bakı, 31 mart, AZƏRTAC

Formula 1 üzrə Hindistan Qran-Prisinin keçirildiyi avtodrom koronavirus pandemiyasına görə müvəqqəti olaraq karantin mərkəzi kimi istifadə edilir.
AZƏRTAC xəbər verir ki, Dehli yaxınlığında yerləşən avtodromda işçi-miqrantlar yerləşdirilir.
Martın 25-dən Hindistanda 25 günlük karantin rejimi elan olunub. Avtodromda yerləşdirilən işçi-miqrantlar karantin rejimindən sonra paytaxtdan göndəriləcək.
Qeyd edək ki, Dehli yaxınlığındakı avtodrom 2011-2013-cü illərdə Formula 1 yarışlarına ev sahibliyi edib.

İdman 2020-03-31 22:05:00