×
A
A
A
Sazlamalar

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Ankara, 31 mart, AZƏRTAC

Martın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyənin Prezident Administrasiyasına istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər ikitərəfli münasibətləri, regional prosesləri, eləcə də dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məsələlərini müzakirə ediblər. Tərəflər virusla mübarizədə tədbir və təcrübə mübadiləsi əsasında birgə addımlar atmağın vacibliyini vurğulayıblar.
Dövlət başçıları, həmçinin Liviya və Suriyada atəşkəsə riayət olunmasının əhəmiyyətini qeyd ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-03-31 19:42:00